Ronaldo 12 il 124 gündən sonra Premyer Liqada qol vurdu
Kriştiano Ronaldo İngiltərənin “Mançester Yunayted” klubuna qayıdışından sonra ilk oyununu keçirib. 36 yaşlı hücumçu Premyer Liqanın IV turunun “Nyukasl”la ev maçında meydana çıxıb. Portuqaliyalı forvard 45+2-ci dəqiqədə hesabı açıb, 62-ci dəqiqədə dublunu rəsmiləşdirib. Mançesterlilər bu qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.
2003-09-cu illərdə də “Mançester Yunayted”in şərəfini qoruyan Ronaldo 12 il 124 gündən sonra Premyer Liqada qol vurub. Premyer Liqada daha uzun müddət fasilə ilə qol vurmağa yalnız Mett Cekson nail olub. “Uiqan”ın futbolçusunun Premyer Liqadakı iki qolu arasında 13 il 187 gün fərq olub.