Ronaldo “Əl-Nəsr”də
Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçidi rəsmiləşib. Bunu Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti açıqlayıb.
Portuqaliya millisinin 37 yaşlı hücumçusu ilə 2 illik müqavilə imzalanıb. Ronaldo yeni klubunda ildə 200 milyon avro qazanacaq.
Qeyd edək ki, noyabrda “Mançester Yunayted”dən ayrılan forvard azad agent statusu ilə yeni klubuna keçib.