Romulo rəsmən “Leypsiq”də
“Leypsiq” hücum xəttini yeni oyunçu ilə gücləndirib. Komanda “Göztəpə”də çıxış edən Romulonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. “Leypsiq” bu keçid üçün Super Liqa təmsilçisinə 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Romulo ötən mövsüm “Göztəpə”nin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 10 assistlə yadda qalıb.












