Romeu Çempionşip klubunda
“Barselona”nın sabiq futbolçusu Oriol Romeu karyerasını Çempionşip klubu “Sauthempton”da davam etdirəcək. İspaniyalı artıq tibbi müayinədən keçərək komanda ilə 1+1 illik müqavilə imzalayıb.
34 yaşlı yarımmüdafiəçi yayda Kataloniya təmsilçisindən azad agent kimi ayrılmışdı.
Qeyd edək ki, “Barselona” yetirməsi olan Oriol karyerası boyunca “Çelsi”, “Valensiya”, “Ştuttqart”, “Jirona” klublarının şərəfini qoruyub.












