Romero İspaniya yolunda
“Tottenhem”in üzvü Kristian Romero komandanı tərk etməyə yaxındır. O, karyerasını La Liqada davam etdirə bilər.
Müdafiəçi ilə “Atletiko Madrid” yaxından maraqlanır. Madrid təmsilçisi 26 yaşlı argentinalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Tottenhem” Romeronu 2022-ci ildə “Atalanta”dan 52 milyon avroya heyətinə qatıb.