Romao “Qarabağ”ı tərk etdi

Romao “Qarabağ”ı tərk etdi

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən “Qarabağ”da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Facioli “Fiorentina”da

Növbəti yazı

“Neftçi” Tovuzdan qələbə ilə dönür