“Roma”nın futbolçusuna iki müştəri
“Roma”nın futbolçusu Rocer İbanyers karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Müdafiəçi “Əl-Əhli”dən təklif alıb.
Müdafiəçinin xidmətində “Nottinhem Forest” də maraqlıdır. İbanyes və klubu hər iki müştəri ilə danışıqlar aparır.
Müdafiəçi ötən mövsümdə 48 oyun keçirib. O, 3 qol vurub.