“Roma”da yeni müqavilə
“Roma” daha bir futbolçusunu komandada saxlamağa yaxındır. Klub yarımmüdafiəçi Nemanya Matiçlə müqaviləni 2024-cü ilə qədər uzatmağa hazırdır.
Futbolçu özü də komandada qalmaq istəyir. Onun hazırkı sözləşməsinin müddəti 2023-cü ilin iyununda başa çatır.