“Roma”da yeni müqavilə
“Roma” kapitanı Brayan Kristantenin müqaviləsinin müddətini uzadacaq. 30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Tərəflər artıq razılığa gəliblər və qərar tezliklə açıqlanacaq.
Yarımmüdafiəçi cari mövsüm 23 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.










