“Roma”da ciddi itki

“Roma”da ciddi itki

“Roma” klubunun yarımmüdafiəçisi Lorenso Pelleqrini sıradan çıxıb. O, məşq zamanı zədələnib.

İlkin olaraq yüngül dartılma kimi görünən zədə futbolçunun meydanlardan uzun müddət kənarda qalmasına səbəb ola bilər. Onun yalnız bir aydan sonra sıraya dönəcəyi ehtimal olunur.

Bildirilir ki, yarımmüdafiəçi qarşıdan gələn “Cenoa” ilə, yeni ilin ilk həftəsində isə A Seriyası çərçivəsində əvvəlcə “Atalanta”, daha sonra “Leççe” ilə qarşılaşmaları buraxacaq.

Roma təmsilçisi hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Marsel”in sabiq çalışdırıcısı vəfat etdi

Növbəti yazı

“Ovyedo”dan yeni transfer