“Roma”da ciddi itki
“Roma” itki ilə üzləşib. “Canavarlar”ın hücumçusu Evan Ferqyuson sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu A Seriyasında “Parma” ilə oyunda (2:1) zədələnib. Ona sağ topuq bağlarının dartılması diaqnozu qoyulub. Evan 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Forvard bu mövsüm 10 oyunda 1 məhsuldar ötürmə edib.












