“Roma” yeni baş məşqçi axtarır
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda postundan ayrılmağa qərar verib. Karyerasını başa vuracaq mütəxəssis klub rəhbərliyində yeni vəzifə alacaq.
Bu üzdən İtaliya təmsilçisi baş məşqçi axtarışına başlayıb. Klub rəhbərliyi italiyalı mütəxəssis gətirməyi planlaşdırır.
Artıq əsas namizədlər də bəllidir. Bunlar Karlo Ançelotti və Vinçentso Montelladır.
Hazırda Ançelotti “Real”da, Montella Türkiyə millisində çalışır.