“Roma” Dibalanı təqdim etdi
“Yuventus”un sabiq futbolçusu Paulo Dibalanın “Roma”ya keçidi rəsmiləşib. Paytaxt klubu yeni oyunçusunu bu gün təqdim edib.
Argentinalı ilə 3 illik müqavilə imzalanıb. O, Romanın eyniadlı klubuna azad agent statusu ilə keçib.
Onun turinlilərlə müqaviləsi bu yay başa çatıb. 28 yaşlı futbolçu ildə 6 milyon avro qazanacaq.