“Roma” Çalobanı gətirir
“Çelsi”nin futbolçusu Trevor Çaloba karyerasını İtaliyada davam etdirə bilər. Müdafiəçinin xidmətində “Roma” maraqlıdır.
23 yaşlı ingiltərəlinin keçidini baş məşqçi Joze Mourinyo istəyib. Romalıların qışda onu icarəyə götürəcəyi gözlənilir. Çaloba ötən mövsüm 30 oyunda 4 qol vurub.