Roke zədələndi
“Barselona”nın futbolçusu ciddi zədə ilə üzləşib. Kataloniyalıların yeni transferi Vitor Roke 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyanın “Atletiko Paranense” komandasından heyətə cəlb olunan 18 yaşlı forvard “İnternasional”la matçın 7-ci dəqiqəsində rəqib müdafiəçinin müdaxiləsindən sonra yerdə qalıb. Həkimlər ayaq biləyindən ciddi zədə alan hücumçunun ən az 3 ay oynamayacağını açıqlayıb.