Rodriqo Çempionlar Liqası tarixinə düşdü
“Real”ın hücumçusu Rodriqo Çempionlar Liqası tarixinə düşüb. O, yarımfinal mərhələsinin “Mançester Siti” ilə oyununda rekorda imza atıb.
Braziliyalı 90-cı dəqiqədə “şəhərlilər”in qapısına qol vurub. Ardınca əlavə olunan ilk dəqiqədə dublunu rəsmiləşdirib.
Rodriqo iki qol vuraraq ilkə imza atıb. Turnirin tarixində pley-off mərhələsində heç kim 90-cı dəqiqə və ya daha gec (əlavə vaxtlar istisna olmaqla) dubl edə bilməyib.