Rodriqo 8-ci oldu
La Liqanın 29-cu turunun matçları keçirilir. “Real” səfərdə “Kadis”i məğlub edib – 2:0.
Madridlilərin futbolçusu Rodriqo görüşə start heyətinə çıxıb. O, bununla da “kral klubu”nda 100-cü matçını keçirib.
Rodriqo “Real” tarixində La Liqada 100-ə çatan 8-ci braziliyalıdır. Ondan öncə Robinyo (101 matç), Savio (105), Ronaldo (127), Vinisius Cunior (144), Kasemiro (222), Roberto Karlos (370) və Marselo (386) bunu bacarıb.