Rodrinin durumuna aydınlıq gəldi
“Mançester Siti”nin futbolçusu Rodrinin durumuna aydınlıq gəlib. Bunu komandanın baş məşqçisi Xosep Qvardiola açıqlayıb.
O, ispaniyalının durumunun ağır olduğunu, buna baxmayaraq, gözləniləndən daha tez qayıda biləcəyini deyib:
“Rodri uzun müddət oynamayacaq. Ancaq belə fikirlər var ki, bərpası gözlədiyimizdən az vaxt aparsın. İndi gözləyirik, 24 saat ərzində hər şey dəqiqləşəcək. Onun hansı əməliyyata ehtiyacı olduğunu bilməliyik”.