Rodri ilə müqavilənin müddəti uzadılır
Yarımmüdafiəçi Rodri “Mançester Siti”də qalacaq. “Şəhərlilər” ispaniyalı ilə müqavilənin 2027-ci ilə qədər uzadıldığını yaxın zamanda rəsmən açıqlamalıdır.
Yarımmüdafiəçinin Mançester klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Lakin “Mançester Siti” ötən mövsüm göstərdiyi əla performansa görə futbolçunu yeni müqavilə ilə mükafatlandırmaq, həmçinin Rodri ilə maraqlanan “Bavariya”nın marağından qorunmaq istəyir.