Rodri ən yaxşı seçildi
İFFHS 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Qurumun ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermədə Rodri qalib gəlib.
Bir müddət əvvəl “Qızıl top”a da sahib çıxan İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi 191 xal toplayıb. Vinisius Junior (Braziliya, “Real”) 166 xalla ikinci, Cud Bellinqem (İngiltərə, “Real”) 62 xalla üçüncü yeri tutub.