Rocers istefa verdi
“Seltik” baş məşqçi Brendan Rocerslə bağlı qərar verib. Şotlandiya təmsilçisi irlandiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Brendan Rocers 2023-cü ilin yayında “Seltik”in baş məşqçisi postuna təyin olunmuşdu.












