Rikardo Teyşeyranın ömürlük cəzası qüvvədə qaldı
İdman Arbitraj Məhkəməsi (CAS) Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyranın müraciətinə baxıb. Buna məhkəmənin mətbuat xidməti açıqlayıb. Futbol fəaliyyəti ilə məşğul olmasına ömürlük qadağa qoyulan cənubi amerikalının cəzası dəyişməz qalıb.
O, 2019-cu ildə FİFA tərəfindən belə ağır cəza alıb. Teyşeyra KONMEBOL və KONKAKAF bayrağı altında keçirilən yarışlarla bağlı media müqavilələrin imzalanması zamanı rüşvət almaqda günahkar sayılıb. Braziliyalı 1 milyon İsveçrə frankı məbləğində cərimə də olunub.