Riçarlison “Everton” yolunda
“Tottenhem”in hücumçusu Riçarlison Premyer Liqada klubunu dəyişə bilər.
28 yaşlı forvardla keçmiş komandası “Everton” yaxından maraqlanır.
Bu barədə “Teamtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu futbolçunu satmağa müsbət yanaşır.












