Riçardsdan 15 milyonluq müqavilə
Nik Riçards “Şarlott”da qalacaq. Tərəflər müqavilənin uzadılması barədə razılıq əldə ediblər.
25 yaşlı mərkəz oyunçusu ilə yeni anlaşma 3 illik olacaq. Sözləşmə 15 milyon dollar dəyərindədir.
Riçards cari mövsüm orta hesabla 7,9 xal, 6,1 ribaund və 1,1 blok-şota imza atıb.