Riberidən 1,8 milyonluq tələb

Riberidən 1,8 milyonluq tələb


Fransa millisinin sabiq futbolçusu Frank Riberinin İtaliyanın “Verona” klubuna keçidində problem yaranıb. Azad agent statusuna malik 38 yaşlı yarımmüdafiəçinin maliyyə tələbi A seriyası təmsilçisini qane etmir. Veteran futbolçu veronalılardan bir illik müqavilə üçün 1,8 milyon avro istəyir. Bu rəqəm klub rəhbərliyi üçün şişirdilmiş sayılır. Danışıqları davam etdirən “Verona” Riberinin maliyyə şərtlərində güzəştə gedəcəyinə ümidlidir.
Frank hazırda Almaniya “Bavariya”sının düşərgəsində məşq edir. Uzun illər Münhen təmsilçisində çıxış edən fransalı son iki mövsümü İtaliya “Fiorentina”sında keçirib.

ETOPAZ

Əvvəlki yazı

Liderdən 50-ci qələbə

Növbəti yazı

Premyer Liqada ayın oyunçusu adına 6 namizəd