Riberi kariyerasını bitirdi

Riberi kariyerasını bitirdi

Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirib. Bunu yarımmüdafiəçinin özü açıqlayıb.

“Bavariya”dakı performansı ilə tanınan Frankın son komandası “Salernitana” olub. İtaliya təmsilçisi onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam versə də, fransalı bu klubda qalacaq. Ona “Salernitana”da vəzifə veriləcək.

Qeyd edək ki, “Bavariya”, həmçinin “Qalatasaray”, “Fiorentina” və “Marsel” kimi klublarda oynamış Frank 9 dəfə Almaniya çempionu, 6 dəfə kubokun sahibi, Liqa kuboku, Çempionlar Liqası, UEFA Superkubokunun qalibi, klublararası dünya çempionu adını qazanıb.

5 dəfə ölkə Superkubokuna sahib çıxan Riberi Fransa yığması ilə DÇ-2006-nın gümüş medalını əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Kirios mövsümü bitirdi

Növbəti yazı

Niderlandın DÇ-22-yə gedəcək heyəti açıqlandı