Ribeiro daha bir il “Araz-Naxçıvan”da

Ribeiro daha bir il “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” futbolçusu İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi ilə yeni müqavilə 1 il müddətinə nəzərdə tutulub. O, 2025/26 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

ETOPAZ

Əvvəlki yazı

75-ci məğlubiyyət, 350-ci qol

Növbəti yazı

Millimiz bir pillə gerilədi