Rıbakina “WTA Finals”da

Rıbakina “WTA Finals”da

Yelena Rıbakina 2024-cü ilin yekun turnirinə vəsiqə qazanıb. Dünyanın 5-ci raketkası “WTA Finals”da iştirak hüququnu uğurlu çıxışı ilə əldə edib.

Qazaxıstanlı tennisçi bu il keçirdiyi 50 matçda 41 qələbə qazanıb. O, üç titula sahib çıxıb.

Rıbakina “WTA Finals”a vəsiqə qazanan 6-cı tennisçidir. İqa Şventek, Arina Sobolenko, Kori Qauff, Cessika Pequla və Jasmin Paolini də turnirdə yerini təmin edib.

Qeyd edək ki, turnir noyabrın 2-9-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qvardiolaya əvəzləyici

Növbəti yazı

Günün kuponu – 13.10.2024