Rıbakina 2011-ci ildən sonra ən gənc Uimbldon çempionudur
Dünyanın 23-cü raketkası Yelena Rıbakina Uimbldon turnirində finalda Ons Caberlə qarşılaşıb. O, rəqibinə qalib gələrək çempion olub – 3:6, 6:2, 6:2.
23 yaşlı Rıbakina təkbətək yarışlarda “Böyük Dəbilqə” turnirinin qalibi olan ilk Qazaxıstan təmsilçisi olub. O, həmçinin 2006-cı ildən sonra finalda ilk seti uduzaraq Uimbldon titulunu qazanan ilk tennisçi adına yiyələnib. Bundan əlavə, Rıbakina 2011-ci ildən – Petra Kvitovanın 21 yaşında titul almasından sonra turnirin ən gənc çempionu olub.