Reyndersdən yeni uğur

Reyndersdən yeni uğur

“Milan”ın futbolçusu Tijani Reynders daha bir uğura imza atıb. O, A seriyasının cari mövsümündəki qol sayını 10-a çatdırıb.

Niderlandlı hücumçu “Udineze”yə qol vurmaqla buna nail olub.

Reynders “Milan”ın tarixinə A seriyasının bir mövsümündə 10 və daha çox qol vuran ikinci niderlandlı kimi düşüb. Ona qədər yalnız Marko van Basten bunu bacarıb. O, ardıcıl 5 dəfə – 1988/89, 1989/90, 1990/91, 1991/92 və 1992/93 mövsümlərində ən azı 10 dəfə fərqlənib.

Qeyd edək ki, “Milan” “Udineze”yə 4:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”də ciddi itkilər

Növbəti yazı

Yamala fantastik təklif