“Reyncers”dən antirekord
“Reyncers” Çempionlar Liqasında antirekorda imza atıb. Belə ki, komanda bu mövsüm qrup mərhələsinin altı matçının hər birində turnir tarixinin ən pis top fərqinə nail olub.
Şotlandiyalılar qapısında 22 top görüb və cəmi 2 qol vurub. Bunadək antirekord 2011-12 mövsümündə qeydə alınmışdı. Həmin vaxt Zaqreb “Dinamo”su 3 qol vurub, 22 top buraxmışdı.