“Reyncers”də yeni baş məşqçi
Şotlandiyanın “Reyncers” klubunun yeni baş məşqçisi bəlli olub. Qlazqo təmsilçisini Covanni van Bronkxorst çalışdıracaq.
“Quançjou” və “Feyenord”un sabiq baş məşqçisi 1998-2001-ci illərdə futbolçusu olduğu kluba 20 ildən sonra qayıdıb. 46 yaşlı mütəxəssis “Aston Villa”nın “sükanı arxası”na keçən Stiven Cerrardı əvəzləyib.
Qeyd edək ki, 13 turdan sonra “Reyncers” Şotlandiya çempionatının lideridir.