Reynanın istəyi
Pepe Reyna “Latsio”dan ayrılmaq istəyir. 39 yaşlı ispaniyalı müqaviləsinə xitam vermək qərarına gəlib.
Onun anlaşması 2023-cü ilin yayında başa çatmalı olsa da, Pepe vətənə dönmək niyyətindədir. O, karyerasının son illərini İspaniyada keçirmək istəyir.
Qeyd edək ki, Reyna “Latsio”ya 2020-ci ildə “Milan”dan keçib.