Reşforddan rekord
Markus Reşford rekorda imza atıb. O, “Mançester Yunayted”in heyətində ardıcıl 7-ci ev oyununda qol vurub.
Forvard İngiltərə kubokunun “Everton”la matçında rəqib qapısına yol tapıb. Markus 3:1 hesablı qələbədə bir qolla pay sahibi olub.
Bu, klub tarixinin rekordunun təkrarıdır. 2012-ci ildə Ueyn Runi ardıcıl 7 ev matçında qol sevinci yaşayıb.