Reşforda daha bir müştəri
PSJ “Mançester Yunayted”in futbolçusu Markus Reşfordla maraqlanır. Hücum xəttini gücləndirmək istəyən fransalılar onun üçün bu yaz “qırmızı şeytanlar”ın qapısını döyəcək.
PSJ 26 yaşlı forvardı keçən yay heyətinə qatmağa çalışsa da, “Yunayted” oyunçunu satmaq istəmədiyini bildirmişdi. Lakin iqtisadi problemləri olan ingilis klubu hazırda yüksək təklif gələcəyi təqdirdə futbolçunu satmağa hazırdı.