Reşford Runinin göstəricisini təkrarladı
Premyer Liqanın 8-ci turunun təxirə salınmış oyunu keçirilib. “Mançester Yunayted” evdə “Lids”lə heç-heçə edib – 2:2.
“Qırmızı şeytanlar”ın heyətində hücumçu Markus Reşford fərqlənib. Futbolçu Premyer-Liqada “Old Trafford”da ardıcıl 6 oyunda qol vurmağı bacarıb. Sonuncu dəfə bunu 2012-ci ildə Ueyn Runi bacarmışdı.