Reşford qeyri-müəyyənlikdə
“Mançester Yunayted” Premyer Liqanın “Bornmut”la matçına itki ilə çıxa bilər. Markus Reşfordun bugünkü oyunda iştirakı sual altındadır.
Bunu komandanın baş məşqçisi Erik Ten Haq açıqlayıb. O bildirib ki, Markus zədə üzündən ardıcıl ikinci görüşdən kənar qalmaq təhlükəsi ilə üz-üzədir.
Oyunçu ilə bağlı qeyri-müəyyənliyə qarşılaşma öncəsi son qoyulacaq. O, ötən turun “Vulverhempton”la matçını da buraxıb.