Reşford İspaniya yolunda

Reşford İspaniya yolunda

“Mançester Yunayted”də ayrılıq yaşanmağa yaxındır. Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

Futbolçu ilə “Barselona” klubu yaxından maraqlanır. Hazırda iqtisadi problemlər yaşayan kataloniyalılar forvardı pulsuz şəkildə transfer etməyi planlaşdırır.

27 yaşlı ingiltərəli də bu təklifə müsbət yanaşır.

Oyunçu ilə La Liqa klubundan başqa, A Seriyası təmsilçilərindən “Milan”ın da maraq dairəsində olduğu bildirilib.

Qeyd edək ki, Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 24 rəsmi matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da ciddi itki

Növbəti yazı

“Qalatasaray”dan xal itkisi