Reşford cərimələnəcək
“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşford cərimələnəcək. Buna futbolçunun 2 hərəkəti səbəb olub.
Belə ki, o, gecə klubuna getdiyi və məşqdən yayındığı üçün cəzalandırılıb. Ulduz oyunçu 650 min funt-sterlinq cərimə ödəməli olacaq. Futbolçu klub rəhbərliyinə xəstə olduğunu bildirib.