Reşford 8-ci pilləyə yüksəldi
Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted” “Nottingem Forest”i məğlub edib – 2:0. Komandanın qollarından birini Markus Reşford vurub.
O, bununla da, klub tarixində ölkə çempionatında ən çox qol vuran 8-ci oyunçu olub. 25 yaşlı hücumçu liqada 64-cü topuna imza atıb. Bu göstəriciyə görə o, fransalı hücumçu Erik Kantonanı yaxalayıb.