Renatu Sançeş “Milan”a keçir
Fransanın “Lill” klubunun futbolçusu Renatu Sançeş karyerasını İtaliyada davam etdirməyə yaxındır. Portuqaliya millisinin yarımmüdafiəçi yayda “Milan”a keçə bilər.
Mövsümün sonunda müqaviləsi başa çatacaq Renatu yeni komandasına azad agent kimi qoşulmaq imkanına malikdir. 24 yaşlı yarımmüdafiəçinin özü də “Milan”da oynamaq istəyindədir.
Sançes digər klubların da maraq dairəsindədir. İngiltərə “Arsenal”ı onu heyətində görmək istəyir.