Renat Dadaşov “Radomyak”dan ayrıldı

Renat Dadaşov “Radomyak”dan ayrıldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

26 yaşlı hücumçu bu ilin əvvəlində transfer olunduğu “Radomyak”a təşəkkür edib və klub üçün ən yaxşısını arzulayıb.

Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a “Ankaragücü”dən keçmişdi. Klubla Renat arasında mövsümün sonuna kimi imzalanan müqavilədə onun bir il müddətinə uzadılması maddəsi olsa da, futbolçu komandada qalmaq istəməyib.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”ın Koman planı

Növbəti yazı

Günün kuponu – 01.07.2025