Renat Dadaşov Polşa klubunda
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Radomyak”a keçidi rəsmiləşib. Bunu Polşa klubunun mətbuat xidməti açıqlayıb.
25 yaşlı hücumçu ilə 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. O, millimizin digər oyunçusu Rahil Məmmədovla komanda yoldaşı olub.
Qeyd edək ki, Renat bir müddət əvvəl Türkiyə təmsilçisi “Ankaragücü”dən ayrılıb.