Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Renat Dadaşov debütündə fərqləndi
Türkiyə 1-ci liqasında yeni mövsümə start verilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” də növbəti matçına çıxıb.
Komanda “Şanlıurfaspor”u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov yeni klubunda debüt edib. O, 67-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.