Renat Dadaşov ən yaxşı seçildi
İsveçrə çempionatında 3-cü tura yekun vurulub. Turdan sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Bu ada millimizin futbolçusu Renat Dadaşov layiq görülüb. “Qrasshopper”də çıxış edən hücumçu 3-cü turda “Yanq Boyz”la görüşdə (1:1) komandasının yeganə qolunu vurub.