Renar yenidən millidə
Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi bəlli olub. Komandaya Erve Renar rəhbərlik edəcək.
Fransalı mütəxəssis artıq 1 dəfə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib. Renar 2019-2023-cü illərdə səudiyyəlilərlə əməkdaşlıq edib. Yığma onun rəhbərliyi ilə DÇ-2022-nin final mərhələsində çıxış edib. O, Qana, Zambiya, Anqola, Fil Dişi Sahili və Mərakeş kimi ölkələrin millisində də fəaliyyət göstərib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı uğursuz nəticələrdən sonra Roberto Mançini ilə yollarını ayırıb.