Remzi “Reyncers”də qalacaq
“Yuventus” Aaron Remzi ilə yollarını ayırmaq niyyətindədir. Klub “Reyncers”də icarə əsasında çıxış edən yarımmüdafiəçi ilə müqaviləni ləğv etmək istəyir.
İtaliya nəhəngi 31 yaşlı uelsli ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı danışıqlar aparır. Həmçinin, “Reyncers” də yarımmüdafiəçini geri qaytarmaq niyyətində deyil. Şotlandiyalılar onun xidmətində maraqlıdır.