Remsinin müqaviləsi uzadılır
Aaron Remsi “Nitsa”da qalacaq. Onun Fransa klubu ilə müqaviləsi uzadılacaq.
Bu proses avtomatik gerçəkləşəcək. Belə ki, 32 yaşlı uelsli artıq mövsümdə yetərincə oyun keçirib. Mövcud anlaşmaya görə, Remsi yetərincə sayda matçda iştirak etsə, sözləşmə 1 illik uzadılır.
Qeyd edək ki, yarımmüdafiəçi Fransa çempionatının 23 görüşündə 1 qol vurub.