Rekordun 3 addımlığında

Rekordun 3 addımlığında

Emin Mahmudov Azərbaycan millisində 11-ci qolunu vurub. 31 yaşlı yarımmüdafiəçi yığmanın İordaniya ilə yoldaşlıq oyununda fərqlənib.

Hazırda davam edən görüşdə hesabı açan kapitan 41-ci matçında “11”ə çatıb. Emin 2016-cı ildən millinin formasını geyinir.

O, yığmanın tarixində 2-ci bombardirdir. Mahmudov yalnız Qurban Qurbanovdan geri qalır. Yığmanın sabiq hücumçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan rekordçu 14 dəfə fərqlənib. Emini bu rekorddan 3 top ayırır.

ETOPAZ

Əvvəlki yazı

Qomeş ”Fənərbaxça”nın hədəfində

Növbəti yazı

“Dalğa Arena”da qələbə