Rekord təkrarlandı: Ardıcıl 8-ci qələbə

Rekord təkrarlandı: Ardıcıl 8-ci qələbə

“Memfis” öz rekordunu təkrarlayıb. Ca Morant və baş məşqçi Teylor Cenkinsin yoxluğunda “Qrizlis” “Klippers”lə görüşüb.

123:108 hesablı qələbə komandanın ardıcıl 8-ci uğuru olub. “Memfis” tarixində 5-ci dəfə ardıcıl 8 matçda qalib gəlib. 2015-ci ildən sonra buna ilk dəfə təsadüf olunub.

Son 12 səfər oyununda 11 qələbə qazanan “Qrizlis” yalnız bir dəfə uduzub. Bu, “Qolden Steyt”lə matça təsadüf edib.

ETOPAZ

Əvvəlki yazı

14-cü titul

Növbəti yazı

“Mançester Yunayted” Diallonu göndərir